“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
23:25 - 21 Fevral 2022
Yoluxub sağalandan və ya peyvənddən sonra bədənin immun cavabı olan antitellər Omikrondan qorumağa yetərlidirmi?
Manşet.az xəbər verir ki, həkimlər Omikron ştammı üçün klassik kovid və Deltadan da çox antitel lazım olduğunu bildirib.
Çünki hazırda aktiv və geniş yayılan ştamm odur və orqanizm virusa yoluxarkən ona əlavə dəstək lazımdır. Bu dəstək isə revaksinasiyadır.
Ekspertlər izah edir ki, antitellər A, M, G, İgA siniflərinə bölünür.
Orqanizmə virus hissəciyi düşən kimi antitellər mübarizəyə başlayır.
Elə antitellər var ki, onlar virusu hətta burunda, boğazda artıq zərərsizləşdirir.
Rusiyalı alimlər təxmini qeyd edib ki, Delta ştammından qorunmaq üçün 300 Beynəlxalq vahid antitel yetərlidir. Amma Omikronda bu 800-dən aşağı olmamalıdır. Ən yaxşı nəticə 2000-dən yuxarıdır.
Ona görə hər yoluxmaq və hər peyvənd bu qədər antiteli yaratmaya bilər. Əgər sizin son 3 ayda antitelləriniz 2000 və yuxadırsa, 80% qorunmaq ehtimalı var.
Yox əgər bundan aşağıdırsa və ya 300-500-dürsə o zaman buster dozaya tələsin.
Antiteli yüksək olan insanlar xəstəliyi çox yüngül keçirir. /medicina.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin