Məşhur aktrisa məhkəməlik OLDU

18:43 - 21 Fevral 2022

Məşhur aktrisa məhkəməlik OLDU

Türkiyənin məşhur aktrisası Aybüke Pusat kirayə qaldığı evin sahibi ilə problem yaşayır.

Manşet.az xəbər verir ki, 2014-cü ildə qatıldığı gözəllik yarışması ilə adından söz etdirən Aybüke Pusat hazırda yaşadığı evə görə çətin günlər keçirir.

Belə ki, Pusat İstanbulun Beşiktaş bölgəsində yerləşən evdə qalmaq üçün 1 illik ödənişi, yəni 41 min lirəni əvvəlcədən ödəyib. Əmlak sahibi isə bir müddət sonra Aybükedən evdən çıxmağını tələb edib.

Aktrisa evdən çıxmaq istəmədiyi üçün tərəflər məhkəməlik olub. Pusat ev sahibini yüksək kirayə haqqı vermək üçün onu evdən çıxarmaq istəməkdə ittiham edib.

Xatırladaq ki, aktrisa yaxın zamanda "Hayaller ve hayatlar" serialında rol alacaq.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin