Azərbaycan Kubokunda sürpriz nəticə: Ölkə çempionu II Liqa komandasına uduzdu

17:51 - 21 Fevral 2022

Azərbaycan Kubokunda sürpriz nəticə: Ölkə çempionu II Liqa komandasına uduzdu

Futzal üzrə Azərbaycan kubokunda sürpriz baş verib.

 

Manset.az xəbər verir ki, ölkə çempionu “Araz-Naxçıvan” turnirin 1/8 final mərhələsində II Liqa təmsilçisinə 4:5 hesabı ilə uduzub.

Cəmi beş futzalçı ilə matça gələn ölkə çempionu hətta millimizin qapıçısı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə edib. O, görüşdə dubl edib. Qapıda isə gənc qolkiper Azər Fərmanov durub. Millimizin üzvləri İsa Atayevlə Ramiz Çovdarov zədəli, Felipinyo, Maneka və David Qustavo xəstə olduğu üçün heyətdə yer almayıb. 

Turun görüşləri

“Advokat” – “Alyans” (Lənkəran) 3:2

“Baker Tilly” – “Araz-Naxçıvan” 5:4

“Bibi-Heybət” – “STAR kargo-2” 10:8

“Neftçi” İK – “Atletiko Baku” 4:3

1\4 final mərhələsində isə bu cütlüklərin qalibləri üz-üzə gələcək:

“Alyans Qrup” – “Bibi-Heybət”

“Baku Fire” – “Neftçi” İK

EKOL – “Baker Tilly”

“Advokat”/“Forza Neftçi” – “Xilə”

Qeyd edək ki, “Forza Neftçi” – “Xilə” matçında hesab 12:2 olanda matç yarımçıq saxlanılıb. “Xilə”nin əsas qapıçısı zədələndiyi, ehtiyat qolkiperi olmadığı üçün oyun başa çatdırılmayıb. Bu oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin