8 ildir komada qalan aktyorun dostu danışdı: "Necə görmüşdünüzsə elədir"

17:00 - 21 Fevral 2022

8 ildir komada qalan aktyorun dostu danışdı:

Türkiyəli aparıcı və aktyor Kenan Işıkın səhhətindən xəbər var.

 

Manset.az xəbər verir ki, artıq 8 ildir komada olan aparıcının yaxın dostu Ozan Zeybek onun hazırkı vəziyyətindən danışıb:

"Kenan Işık necə görmüşdünüzsə, elədir. Artıq apreldə komada yatmasının 8 ili tamam olacaq. Yaxınları və ailəsi ona çox yaxşı baxırlar. Hər gün üzü qırxılır, həkim məsləhətinə uyğun qida qəbul edir. Adətən yataq xəstəsi olan insanlarda bəzi yaralar meydana gəlir. Lakin Kənanı sonuncu dəfə necə görmüşdünüzsə elədir".

Qeyd edək ki, Kenan Işık 2014-cü ildə beyin qanaması keçirib. O gündən aktyor komadadır. 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin