Məşhur xanım ETSN-ni sərt tənqid etdi: "Təbiətin sərvətlərini qorumaq borcunuzdur”(VİDEO)

22:10 - 6 İyul 2021

Məşhur xanım ETSN-ni sərt tənqid etdi:

Tanınmış şairə Nazilə Səfərli Ekologiya vəTəbii Sərvətlər Nazirliyini sərt tənqid edib.

Manset.az xəbər verir ki, N.Səfərli nazirliyin Qaynar Xətt xidmətinin çalışmadığını bildirib:

“Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Qaynar Xətt xidmətinə dünən saat 19:00 radələrində zəng etmişəm. Telefonda deyilir ki, iş saatı bitdiyinə görə, səsli mesaj bildirə bilərsiniz.Hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaynar Xətt adı üstündə gecə və gündüz xidmət göstərməlidir, növbətçilər olmalıdır. Əgər sizin növbətçiniz yoxdursa və saatla çalışırsınızsa, zəhmət olmasa o xəttin adınız dəyişib, Soyuq Xətt qoyun.Qapımıza əbabil quşu düşüb.Bu gün zəng vurublar deyirlər ki, gün ərzində sizə geri dönəcəyik.Gün dönüb, amma sizinkilər dönməyib.Bu quşun dimdiyində mənim qapıma bir kilo qızıl gəlsəydi, onu mən verməsəydim məni tutardılar.Bu quş təbiətindir.Zəhmət olmasa təhvil alın. Təbiətin sərvətlərini qorumaq borcunuzdur”.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin