Qarabağla bağlı iki animasiya filmi ÇƏKİLİR

11:40 - 20 Fevral 2022

Qarabağla bağlı iki animasiya filmi ÇƏKİLİR

“2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ mövzusunda olacağı da istisna deyil”.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.

“Bu 11 filmdən ikisi animasiya filmidir. Qeyd edək ki, bu filmlərdən biri “Qarabağ nağılı”, digəri isə “Tarix” adlanır.

“Qarabağ nağılı” adlı layihə “Birlik” studiyasının istehsalıdır. Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.

“Tarix” filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. Film “OB film” studiyasının istehsalıdır. Film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.

Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra isə azyaşlı tamaşaçılara təqdim olunacaq”, – deyə əlavə edilib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin