Ermənilərdən Şövkət Ələkbərovanın mahnısı ilə bağlı təxribat
27 Noyabr 2024
11:15 - 20 Fevral 2022
Pekin-2022 Qış Olimpiya Oyunlarında xokkey yarışına yekun vurulub.
Manset.az-ın məlumatına görə, final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.
Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.
Ümumilikdə olimpiya "qızıl"ı indiyədək 9 ölkəyə qismət olub. Finlandiyadan əlavə, Kanada 9, SSSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə qalibiyyət əldə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin