İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

20:40 - 6 İyul 2021

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Manset.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm".


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin