İctimai yerlərdə iki koronavirus xəstəsi aşkarlanıb - FOTO

21:21 - 19 Fevral 2022

İctimai yerlərdə iki koronavirus xəstəsi aşkarlanıb - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, rayon sakinləri R.Həşimov və R.Həsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsi səbəbindən ev şəraitində müalicə təyin edilib, onlara yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin