Daha bir müğənni Manafdan DANIŞDI: "Heç kimin ixtiyarı yoxdur ki..."

17:54 - 19 Fevral 2022

Daha bir müğənni Manafdan DANIŞDI:

Daha bir müğənni Manaf Ağayev haqda paylaşım edib.

Manşet.az bildirir ki, bu dəfə Əməkdar artist Mətanət İsgəndərli də həmkarına dəstək olub. O Manafın həbsinə görə pis olduğunu vurğulayıb: 

"O qədər gözəl, mərd insandır ki, hər zaman yıxılanın yanında olub. Mən də özümə borc bildim ki, ona dəstək olum. Allaha şükür ölüm-itim yoxdur. Allah canını sağ eləsin. İnsanın başına iş gələ bilər. Manaf qardaşımınızın indiyə qədər pis hərəkətini görməmişik. Kasıblıqla, qaçqınlıqla bu yerlərə gəlib. Hər zaman elinə-obasına canı yanıb. Xeyriyyəçilik edib. Qanunlarımıza, dövlətimizə hörmət edən insan olub. Düzdür, qanun hamı üçün qanundur. Heç kimin ixtiyarı yoxdur ki, qanunu pozsun. İnşallah anlaşılmazlıq həll olunar. Allah qapısını açsın”.

sfera.az


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin