“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
17:35 - 19 Fevral 2022
Azərbaycanda sosial dəstək tədbirləri davam etdiriləcək.
Manşet.az xəbər verir ki, bu barədə 17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında bildirilib.
Qeyd edilib ki, iclasda qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib.
İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin