В каком регионе РФ введен режим боевой готовности
"Начали убивать с порога": жуткое убийство в Татарстане

Bu içməli suları almayın - İyrənc mənzərə - FOTO

19:43 - 6 İyul 2021

Bu içməli suları almayın - İyrənc mənzərə - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Manset.az  BAKU.WS-ə  istinadən xəbər verir ki, AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.


Xəbər xətti

8 Mart 2025
"Начали убивать с порога": жуткое убийство в Татарстане
В каком регионе РФ введен режим боевой готовности
Семья Максимовой открыто обвинила известную актрису РФ
Трамп рассказал о новых ограничениях для России: а что там?
В Москве на один из рынков совершен набег
В Подмосковье на видео засняли ужасные издевательства: чего ?
СРОЧНО: Какие слова Жириновского о 2025 просочились в интернет
В России дочери пришлось самой катить маму в морг:какой ужас
В середине весны пенсионеров ждет это изменение
Для всех этих россиян это теперь будет под запретом: что это ?

Ən son xəbərləri səhifəmizdən də izləyin