Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
18:32 - 6 İyul 2021
Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və 12 vitse-prezidentinə maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manat ödəniş (bonus) edilib.
Manset.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat SOCAR tərəfindən açıqlanan illik maliyyə hesabatında yer alıb.
Məlumatda bildirilir ki, SOCAR prezidenti və 12 vitse-prezidenti Azərbaycan prezidenti tərəfindən təyin edilir. Hesabata əsasən prezident və 12 vitse-prezident təsdiqlənən əmək haqqı cədvəlinə uyğun olaraq maaş və mükafatlar, eləcə də şirkət rəhbərliyi olaraq əlavə ödənişlər almaq hüququna sahibdilər. 2020-ci ildə SOCAR prezidenti və 12 vitse-prezidentin hər birinə orta hesabla 106 min manat əlavə ödəniş edilib.
Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə SOCAR rəhbərliyinə ödənilən ümumi ödənişin həcmi 28 min manat az olub. Belə ki, 2019-cu ildə SOCAR prezidenti və 12 vitse-prezidentinə 1 milyon 404 min manat ödəniş edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin