Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
11:15 - 19 Fevral 2022
Sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın məcburən nişanlanması ilə bağlı görüntülər yayılıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadədə də bununla bağlı çoxsaylı müraciətlər aldığını bildirib.
Manset.az xəbər verir ki, o, həmin görüntülərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülməməsi ilə bağlı narazılığını ifadə edib: “Dünəndən 221 nəfər bu videonu mənə göndərib. Mənə yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərin, onlar dərhal “nəzarətə” götürsünlər. Komitədən açıqlama olub? Bilmirsiniz? Bu qız deyilənə görə, Bərdə rayonu, Soğanverdi kəndindəndir...”
DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev görüntülərin araşdırıldığını bildirib: “Görüntülərin Bərdə rayon Soğanverdi kəndində olması ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb. Araşdırmalar davam etdirilir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Qafqazinfo”ya bildirib ki, fakt araşdırılıb: “Araşdırmalar nəticəsində görüntülərin Bərdədə çəkilməsi faktı təsdiqini tapmayıb. Aidiyyatı qurumların əməkdaşları ilə birlikdə araşdırmalar davam etdirilir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin