Bakıda şirkətə maskalı şəxslər basqın etdi

11:09 - 19 Fevral 2022

Bakıda şirkətə maskalı şəxslər basqın etdi

Bakıda şirkətə basqın olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C. Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar – P. Abdullayev və C. Abdullayev müəyyən edilərək saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin