Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
09:33 - 19 Fevral 2022
"İdeal-V” tikinti şirkətinin həbsdə olan direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi faktiki rəhbəri İsa Məmmədov barəsində daha bir cinayət işi başlanıb.
Manset.az xəbər verir ki, hər iki şəxs dələduzluqda ittiham olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ittiham verilib. İş üzrə 4 nəfər zərərçəkən şəxs tanınıb.
Çingiz Məmmədov və İsa Məmmədov barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, adıçəkilən şəxslər əvvəllər də mənzil dələduzluqda ittiham ediliblər. Belə ki, onların bir mənzili bir neçə nəfər satıblar. 3.2 milyon manat dələduzluqda təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
Ç. Məmmədov 10 il, İ. Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin