Arvadını öldürdü, polisə silahlı müqavimət göstərdi

21:43 - 18 Fevral 2022

Arvadını öldürdü, polisə silahlı müqavimət göstərdi

Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Elnur Mətləb oğlu Abıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Xəyalə Cabir qızı Abıyevaya qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Manşet.az-a bildirilib ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin