DİN-dən Əli Kərimlinin sürücüsünün iddialarına - CAVAB

18:36 - 18 Fevral 2022

DİN-dən Əli Kərimlinin sürücüsünün iddialarına - CAVAB

Məhkəmənin 7 avqust 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bakı şəhər sakini Paşa Umudov həbsindən təxminən 2 il keçəndən sonra apellyasiya şikayəti verərək bildirib ki, o vaxt ona elan olunmuş narkotik ittihamı saxtadır.

Manşet.az xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.

Bildirilib ki, 2019-cu ilin oktyabr ayında o, saxlanılarkən özünün də etiraf etdiyi kimi hal şahidlərinin və vəkilin iştirakı ilə onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. Həmin vaxt P.Umudov özü də səmimi şəkildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və 3 nəfər tanışı da P.Umudovdan istifadə üçün narkotik vasitə almalarını təsdiq etmişdilər.

Qeyd edək ki, Paşa Umudov AXCP sədri Əli Kərimlinin sürücüsüdür.

Onun etiraf etdiyini əks etdirən videogörüntünü yenidən təqdim edirik:


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin