Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
17:51 - 18 Fevral 2022
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib.
Manset.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.
“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın yeni prezidentinin kim olacağı maraq doğurur. Namizədliyə iddialar sırasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin də adı çəkilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin