Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
16:28 - 18 Fevral 2022
Bakıda Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə təltifetmə mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə, əvvəlcə, ötən il ərzində COVID-19 pandemiyası ilə mübarizə istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə danışılıb.
Sonra Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının sözügedən layihələri çərçivəsində davamlı tibbi təhsil istiqamətində göstərilən dəstəyə görə təltifetmə mərasimi olub. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində davamlı tibbi təhsil fəaliyyətlərinə dəstəyə görə ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
“Təşəkkürnamə” ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı tərəfindən təqdim olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin