Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
14:43 - 18 Fevral 2022
Türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar artıq öz araşdırmalarını Türkiyədə aparacaq.
Manset.az xəbər verir ki, professor hazırda xərçəngin müalicəsi sahəsində tədqiqat fəaliyyəti ilə məşğuldur.
Ə.Sancar Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə onun adını daşıyan Təhsil Mərkəzinin açılış mərasimində iştirak etmək üçün Ankaraya gəlib.
Tədbirdə çıxış edən alim yeni araşdırmasından danışıb.
“Türkiyəyə gəlməmişdən bir gün əvvəl mühüm bir kəşf etdik. Bu, elmə əsaslan, əsaslı tədqiqat üsuludur. O, xərçəngi birbaşa müalicə etməsə də, tibb dünyası üçün mühüm kəşfdir.
Xərçəng xəstəliyinin müalicəsi barədə danışan alim bildirib ki, bu sahədə aparılan bütün işlər xəstəliklə mübarizəyə yönəlib.
“Bu iş DNT-nin bərpası ilə bağlıdır, bu yeni üsuldur və mən fəaliyyətimi Türkiyəyə köçürmək fikrindəyəm”, - deyə Nobel mükafatı vurğulayıb.
Mənbə: TRT
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin