Təhsil naziri: "Yayılan videoların faydalı olduğunu düşünürük"

14:33 - 18 Fevral 2022

Təhsil naziri:

“Nöqsanlara yol verən və bununla bağlı videoları yayılan direktorların hamısı işdən azad edilib. Bu mənada yayılan videoların faydalı olduğunu düşünürük”.

 

Manset.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin videolar ictimai nəzarətin bir formasıdır: “Mənim problemim videoların paylaşmasında deyil, problem videolar əsasında müəyyən mənada ümumiləşdirmənin və qeyri-düzgün təhlil aparılmasıdır. Bu videolar varsa, onların bizə göndərilməsində fayda var. Bir hal belə tapmazsınız ki, bu tip neqativ hallarda nazirlik tədbir görməsin. Nazirlik olaraq təhsilin keyfiyyətini artırmaq və davranış qaydalarına əməl olunmasını istəyirik. Eyni zamanda başa düşmək lazımdır ki, təhsil sistemində hər gün 4 milyon adam iştirak edir. Onların arasından iki nəfər bir-birinə təhqiramiz söz deyibsə, bunu nazirliyin və ölkənin gündəminə çevirmək məntiqli deyil”.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin