Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
14:50 - 18 Fevral 2022
Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.
Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib:
“Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.
Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.
13:39
Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar.
Manset.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin