Paşinyan Rusiyaya gedir

16:18 - 6 İyul 2021

Paşinyan Rusiyaya gedir

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Manset.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.

Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin