Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
3 Noyabr 2024
17:31 - 17 Fevral 2022
“Həmin daşıyıcı tərəfindən daha əvvəl də bu kimi hərəkətlərə yol verilib. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən onun barəsində tədbirlər görülüb”.
Manset.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında çıxışı zamanı deyib.
O bildirib ki, həmin daşıyıcı DANX-ın iş ahəngini pozmağa cəhd etməsi ilə bağlı da hüquq-mühafizə orqanlarına da məlumat verilib:
“Biz ümumiyyətlə bu prosesdə hüquq-mühafizə orqanlarının atacaqları addımlara qarışmırıq. Gözləyirik. 2017-ci ildə məhkəmə tərəfindən bizə sənədlərin saxtalaşdırılması ilə bağlı məlumat da daxil olub. Məhkəmə tələbi ilə daşıyıcının icazələrinin sıfırlanması istənilib. Başqa daşıyıcılardan da bir sıra şikayətlər daxil olub. Nəhayət daşıyıcılar öz aralarında səsverməyə qoyaraq onu ABADA-da sıralarında görmək istəmədiklərini deyiblər. Çünki o digər daşıyıcılara da ziyan vurur. Hazırda da başqa daşıyıcıların payına göz dikməklə fəaliyyətini davam etdirir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin