Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
17:00 - 17 Fevral 2022
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.
Bu barədə Manset.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə və meşə fonduna aid olan ağacların kəsilməsi faktları təsdiqini tapıb.
Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması nəticəsində yol verilməsi müəyyən edilib. Cinayət işləri Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1 (səhlənkarlıq) maddələri ilə başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin