Azərbaycan nümayəndə heyəti Ermənistana gedəcək? — Deputatdan AÇIQLAMA

16:20 - 17 Fevral 2022

Azərbaycan nümayəndə heyəti Ermənistana gedəcək? — Deputatdan AÇIQLAMA

"Azərbaycan Avronest Parlament Assambleyasına daxil olan ölkələrdən biri olduğu üçün qurumun bu ilin fevralın 19-22-də İrəvanda keçiriləcək iclasında iştirak etməsilə bağlı Ermənistan mətbuatında məlumat yayımlanıb. Əgər dövlətimiz tərəfindən İrəvanda təmsil olunmaq üçün nümayəndə göndərilirsə, bu, beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutacaq görüş olduğu üçün normal haldır".
 

Manset.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan nümayəndə heyətinin üzvü Müşfiq Cəfərov deyib.



Deputat qeyd edib ki, bu, təmsilçilərimizin qonşu ölkədə iştirak edəcəyi ilk tədbir deyil: "2012-ci ildə də Ukrayna, Gürcüstan və Maldova ilə birlikdə Milli Məclisin nümayəndə heyəti İrəvanda olub və bu səfər böyük uğurla yadda qalıb. Məhz həmin yığıncaqda Ermənistan ilk dəfə işğalçı ölkə adlandırılıb. Zənnimcə, bu böyük zəfər idi. İndi vəziyyət tam başqadır, Azərbaycan qalib tərəfdir və hər güclü dövlətə xas olan xüsusiyyət kimi qarşı tərəfə əməkdaşlıq əlini uzatmalıdır. Biz bunu gələcək nəsillərin regionda sülh və sabitlik şəraitində yaşamaları üçün etməliyik. Cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistana sülh çağırışı edib. Nəzərdə tutulacaq görüşdə demokratiya və hüquqi cəmiyyət, iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqının siyasəti ilə uyğunlaşma, enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Ümid edirəm ki, Ermənistan da inkişafa doğru yönəlmək yolundadır".


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin