Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
15:43 - 17 Fevral 2022
Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirəyə səbəb olan videosu haqqında açıqlama verib.
Manset.az xəbər verir ki, Baku TV-yə danışan Tahir Kərimli bildirib ki, sosial şəbəkələrdən ona yaxın adamlar videonu silib.
“Amma artıq gec idi, yayılmışdı. Müəyyən saytlar və digərləri götürüb paylaşdılar. Mən istəməzdim. Düzünü deyim ki, telefonlara cavab vermirəm.
Sovet dövründə, müstəqillik uğrunda mübarizədə, onillər içərisində bizim həyat tərzimiz belə olub ki, daim təqiblər, hədələr şəraitində yaşamışıq. İsmayıllıdakı həyətimdə evdə qadınlar olmağına baxmayaraq, iki nəfər atəş açmışdı. Heç onları tapa bilmədilər, uzun müddət izi də qaldı. Mən öyrəşmişəm bu cür hədələrə. Baxmayaraq ki, ondan əvvəl daha böyük hadisələr baş verib, amma deyirlər ki, bir damla olur stəkanı daşıran.
Mən istəmədim ki, ailəm, uşağım bilsin. Bu, sosial şəbəkələr, telefon vasitəsilə olur, dözürsən.
Yaxşı ki, dünən oğlum məşqdən sonra icazə almışdı ki, dostumgildə qalacağam. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu, su pulu, işıq pulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, “səni udacaq əjdaha....” Adamın adı və Moskva ünvanı da yazılıb.
Mən axırıncı dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum cərimələrlə bağlı, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi, qaz və digər məsələlər haqqında çıxış etdim. Onsuz da mənim ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib”.
Deputat qeyd edib ki, insan bəzən həyatından bezir, ölüm istəyir:
“Ona görə mən təklikdə çıxış etdim. Amma sonradan bildilər. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edə biləcəksən? Televiziyadır, konkret deyə bilmərəm nə qədər belə misal var. Adam canından bezir, amma məni öldürməklə heç nə əldə olunmayacaq. Əqidə yolu ilə dövlətimin, millətimin gələcəyinə inandığımı dedim. Təbii ki, mən məlumat verdim müəyyən yerə ki, belə təhdid edirlər.
Ramiz Mehdiyevi tənqid etsəm, istefaya çağırsam da, etikanı pozmamışam. Mən ümumiyyətlə, onun tərəfdarı olmamışam ki, vəzifədə üzünə deyə bilmədiyimi çıxandan sonra səsləndirim. Ümumi vəziyyəti nəzərə alaraq çağırış etmişəm ki, belə daha yaxşı olar. Başqaları kimi aqressivlik nümayiş etdirməmişəm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin