Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
14:26 - 17 Fevral 2022
"BP-Azerbaijan" şirkəti 2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda "Şərqi Azəri" neft platformasını planlı təmir üçün dayandıracaq.
Manset.az xəbər verir ki, bunu "APA-Economics"ə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, bu il "Şahdəniz" qaz-kondensat yatağında yerləşən "Alfa" platforması da planlı təmir üçün dayandırılacaq.
T. Bayatlı platformaların dayandırılacağı konkret qrafiki açıqlamayıb: "Çünki qrafik dəyişə bilər".
Qeyd edək ki, ötən il AÇG-də 23 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54% azdır. AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.
"Şahdəniz"ə gəldikdə, 2021-ci ildə sözügedən yataqda 23 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 27,1% çoxdur. "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin