Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
3 Noyabr 2024
13:20 - 17 Fevral 2022
ABŞ Azərbaycan Dövlət Gömrük Komitəsinə mobil aşkarlanma avadanlığı verib.
Manset.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyindən APA-ya verilən xəbərə görə, mobil aşkarlama avadanlığının ianə verilməsinə həsr olunan tədbirdə ABŞ Səfiri Li Litzenberqer, Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyev və digər gömrük rəsmiləri iştirak ediblər.
Sözügedən yardım ABŞ-ın Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə təqdim olunan bir necə yardımlardan biridir.
1999-cu ildən bəri EXBS proqramı çərçivəsində təqdim olunan yardımların məbləği 25 milyon ABŞ dollarından çox olub. Bu il təqdim olunan avadanlığın ümumi məbləği isə 250 min ABŞ dollarından çox olacaq. Bu yardım Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz daşınmaların qarşısının alınmasına kömək edəcək.
Səfir Litzenberqer tədbirdə çıxışı zamanı ABŞ-ın Azərbaycanla birgə kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri uzun müddətli əməkdaşlıqdan söz açıb: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.
Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və radarlar kimi avadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirib”.
Səfər Mehdiyev göstərilən yardıma görə təşəkkürünü bildirərək Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlər hesabına bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
ABŞ-ın Dövlət Departamentinin EXBS proqramı, kütləvi qırğın silahlarının yayılması və adı silahların qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə dünyada icra olunan təşəbbüsdür.
EXBS proqramı, tərəfdaş ölkələrə beynəlxalq qrumlar və BMT-in Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi çərçivəsində üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yardım edir.
EXBS proqramı Azərbaycanla yanaşı digər 60 dövlətdə də icra olunur. Bu proqram sərhədlərin gücləndirilməsi ,qanunsuz daşınmaların qarşısının alınmasında vacib element hesab olunur.
1999-cu ildən bəri icra olunan EXBS proqramı çərçivəsində Azərbaycanda çoxsaylı təlimlər keçirilib, vacib avadanlıq və texniki yardımlar təqdim olunub. Mobil aşkarlama avadanlığının ianəsi təqdim olunan bir necə yardımlardan biridir. Bu yardım Azərbaycanın cənub sərhədində tətbiq etdiyi gömrük fəaliyyətlərini gücləndirərək gömrük rəsmilərinə qanunsuz daşınmaların qarşısının alınmasında yardım edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin