Nazir Anar Rzayevə xəbərdarlıq etdi, Malik Əliyevi vəzifəsindən azad etdi

12:48 - 17 Fevral 2022

Nazir Anar Rzayevə xəbərdarlıq etdi, Malik Əliyevi vəzifəsindən azad etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

 

Manset.az xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.//Qaynarinfo.az

 


Xəbər xətti

3 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin