Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür
5 Noyabr 2024
10:05 - 17 Fevral 2022
İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən xəbərə görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.
Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin