Bakıda bu uşaq evində qoturluq aşkarlandı - Xəstəxanaya yerləşdirildilər
4 Noyabr 2024
23:36 - 16 Fevral 2022
"Son zamanlar yoluxma sayının artmasının əsas səbəbi "omikron" ştamının yayılmasıdır. "Delta" ştamına nisbətən "omikron" insanlar arasında sürətlə yayılır və ondan qaçmaq mümkün deyil".
Manşet.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Həkim bildirib ki, bu virusdan qorunmaq üçün gigiyenik qaydalara ciddi əməl olunmalıdır: "Ailə üzvlərindən biri bu xəstəliyə yoluxsa, digər üzvlər də yoluxacaq. Peyvəndlərin isə "omikron" variantına təsiri azdır, ancaq xəstəliyin yüngül keçirilməsinə yardım edir. Yəni, yaxın zamanlarda buster doza qəbul edən şəxs "omikron" ştamına yoluxduğu vaxt xəstəliyi ağır keçirmir. Hətta bəzi hallarda peyvəndlərin vurulması virusa yoluxmanın da qarşısını alır. Xüsusən risk qrupuna daxil olan şəxslər üçün "omikron" variantı təhlükəlidir, buna görə də həmin insanlar buster dozanı qəbul etməlidir".
M.Əliyev əlavə edib ki, eyni vaxta həm qripə, həm də COVID-19-a yoluxmaq mümkündür: "Bəzən elə hallar olur ki, vətəndaşlardan biri qripə yoluxub sağalır və sonra koronavirusa yoluxur. İnsanlarımız elə düşünür ki, onlar 2 dəfə koronavirusa yoluxub, ancaq belə deyil. Eyni zamanda qripə və koronavirusa yoluxma halları da müşahidə olunur. Belə olduğu halda virusa yoluxan şəxs xəstəliyi ağır keçirir və sağalmaq müddəti uzanır. Çünki orqanizmdə hər iki virus mövcud olur və onların simptomları eyni olduğu üçün çox vaxt şəxs tərəfindən hiss olunmur. Yəni, vətəndaş həm qripə, həm də COVID-19-a yoluxarsa, xəstəlik həmin şəxs üçün ağır keçir. Ancaq bu hal daha çox 1 ay bundan əvvələ aid idi, çünki indi xəstələnənlərin əksəriyyəti "omikron" ştamına yoluxur".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin