Bakıda bu uşaq evində qoturluq aşkarlandı - Xəstəxanaya yerləşdirildilər
4 Noyabr 2024
23:28 - 16 Fevral 2022
"Azəri Med" şirkəti ilə bağlı yeni məhkəmə iddiası qaldırılıb.
Manşet.az xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. Şirkəti 5 min manatdan 7 min manatadək cərimə cəzası gözləyir.
Qeyd edək ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.
Xatırladaq ki, “Azəri Med” şirkəti bir müddət öncə gömrük qanunvericiliyini pozduğu üçün məhkəməyə verilmişdi.
Qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin