Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olundu - FOTO
5 Noyabr 2024
19:27 - 16 Fevral 2022
Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apellyasiya prosesinin nəticələrini açıqlayıb.
Mərkəzdən Manşet.az-a verilən məlumata görə, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilib.
Ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb. Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat, essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma məqsədilə göndərilib.
Komissiyanın qərarına əsasən müraciət edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6 nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin