Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
19:26 - 11 İyun 2021
Rusiyada sifarişlə törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğun yaydığı məlumdatda bildirilir.
Məlumatda bildirilir ki, 31 yanvar 2019-cu il tarixdə Rusiyanın Arxangelsk vilayətinin Karqopol rayonu ərazisində Azərbaycan vətəndaşı Ruslan Hüseynovun sifarişlə qəsdən öldürülməsi faktı ilə bağlı Rusiyanın İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin iştirakları müəyyən edildiyindən, ayrılmış cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilib ki, Varis Səmədov yuxarıda qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs və onun yaxın qohumlarının şəxsi və ailə sirri olan foto və videoçəkilişlərini əldə edərək rüsvayedici məlumatlar yaymaq və şəxsiyyətləri üzərində zor göstərmək hədəsi ilə xüsusilə külli miqdarda əmlak tələb edib, habelə sifarişlə və hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətinin törədilməsi üçün qrup üzvlərinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmələrinə təşkil və rəhbərlik edib, bundan başqa sifarişlə qəsdən adam öldürmə cinayətini törətməsi üçün həmin cinayətə görə Rusiyada məhkum olunmuş Ruslan Tarasovla sövdələşərək onu cinayətin törədilməsinə təhrik edib.
Cinayət işi üzrə Azərbaycan vətəndaşları Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadə cinayətin törədilməsində iştiraklarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 32.4 (təhrikçi), 32.5 (köməkçi), 120.2.1 (qəsdən adam öldürmə), 182.4 ( hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin