Kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
23 Noyabr 2024
12:10 - 6 İyul 2021
Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.
Manset.az xəbər verir ki, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyiti dəniz sahilihdə aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şhər sakinləri, 1977-ci il təvəlüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu,
2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu dənizdə çimərkən boğulmuşdu. Şükür Mənəfov oları xilas etmək istəyən zaman o, da dənizdə
boğularaq batmışdı.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin