Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
09:07 - 15 Fevral 2022
Portuqaliyanın "Portu" klubunun futbolçusu Pepe iki illik cəza ilə üzləşə bilər.
Manset.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi "Sportinq"lə 2:2 hesablı heç-heçə etdikləri XXII tur oyununda rəqibin direktorunu vurub.
Görüşün baş hakiminin rəyinə əsasən, Pepe həmin şəxsi təpikləyib. Liqanın qaydalarına görə, təcrübəli oyunçu iki aydan iki ilədək diskvalifikasiya oluna bilər.
Qeyd edək ki, "Portu" - "Sportinq" oyunundan sonra futbolçular arasında kütləvi dava olub. Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, "Sportinq"də isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb. Pepenin klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin