Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
21:47 - 14 Fevral 2022
Rəqqasə Oksana Rəsulova son günlər baş verən qadın zorakılığı və qətlləri ilə bağlı ölkə başçısına müraciət edib.
Manşet.az xəbər verir ki, sənətçi bu cür halların sayının günü-gündən artması onu narahat edir:
"Nə qədər olar axı? Bu nə dərəcədə vəhşilikdir. Allahım, sən o qızın ailəsinə səbr ver. Xahis edirəm, bir tədbir görülsün, belə insanlar var və çoxdur. Ən ağır cəza ilə cəzalandırılmalıdırlar. Belə hadisələr daha çox kəndlərdə, rayonlarda baş verir. Orada qadınlara dəstək üçün onlara motivasiya vermək məqsədiylə "zorakılığa və şiddətə son qoyaq" aksiyaları keçirmək lazımdır. Hər gün belə bir xəbər eşidirik, bu hər bir qızın başına gələ bilər. Allah qorusun. Xahiş edirəm ,bu məsələyə biganə qalmayaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin