Qonşu ölkədə sərnişin təyyarəsi radarlardan itdi

09:55 - 6 İyul 2021

Qonşu ölkədə sərnişin təyyarəsi radarlardan itdi

Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

Manset.az  xəbər verir ki, bunu TASS-a FHN-nin əməkdaşı bildirib.

Məlumata görə, təyyarə Petropavlovsk-Kamçatka-Palana marşrutu üzrə uçurmuş.

Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb.

TASS-ın məlumatına görə, “An-26”nın göyərtəsində 22 deyil, 23 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri uşaqdır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin