Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
15:46 - 14 Fevral 2022
“Təəssüflər olsun ki, hazırda bəzi cütlüklərin sevgiyə münasibəti təmənna və madiyyat üzərində qurulur. Təbii ki, əsl sevgi heç bir halda şərtsiz hisslərlə olmalıdır. Əsl eşq qəlbən yaşanılmalıdır.”
Manset.az xəbər verir ki, bunu açıqlamasında müğənni Teymur Qədirov yeni təqdim etdiyi “Bitərmi eşq” adlı mahnı haqqında fikirlərini bölüşərkən deyib. O, xüsusilə fikirlərini bəzi gənclərin ailə dəyərlərindən uzaq olmasına yönləndirib. Buna səbəb kimi son illər boşanma sayının daha çox olmasıyla əsaslandırıb:
“Hər bir insan xoşbəxt olmağa çalışır. Amma bəzən elə hadisələr baş verir ki, insanın özündən asılı olmayaraq, bu, ailənin dağılmasına və yaxud cütlüklərin ayrılmasına gətirib çıxarır. Bu mahnıya da ictimaiyyətə həm açıq, həm də subliminal mesaj olaraq müraciət etdim. Düşünürəm ki, komanda olaraq, yeni yaradıcı işlə insanlarda ən azı mənəvi xoşbəxt hislər verə bilmişik.”
Rejissor Xəyal Murtuzovun ekranlaşdırdığı “Bitərmi eşq” adlı mahnının müəllifi Nurlan Təhməzli və aranjiman müəllifi Nurlan Hatəmoğludur. Mahnının gitar ifaçısı və miks-masteri Ülvi Qurbanovdur.
Lirik janrda olan mahnı üçün çəkilən klip bir çox amillərinə görə maraqla qarşılanıb. Belə ki, müğənni klipdə çöldə klassik avtomibillə görüntülənib. O, bununla intizarında olduğu xəyalındakı yarını təsəvvür edərək, reallıqda qovuşmağa çalışır. Klipin süjet xətti də məhz bu hislərin fonunda çəkilib. Rejissorun təxəyyülünə əsasən, klipdə müğənni müasir zamanın “Məcnun”nunu canlandırmağa çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin