"Bu məqalə dezinformasiyanın çirkin nümunəsidir" - Hikmət Hacıyev
22 Noyabr 2024
09:20 - 6 İyul 2021
Pandemiya səbəbindən bank kreditlərini ödəyə bilməyən vətəndaşların cərimə faizi hesablanmayacaq və onların adları "qara siyahı" ya salınmayacaq.
Manset.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.
Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən, pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır.Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank tərəfindən sözügedən qərar tövsiyə xarakteri daşısa belə, bu məsələ Banklar Assosiasiyası və bütün banklarla razılaşdırılıb.Vətəndaşlar problemlə qarşıladıqda aidiyyəti dövlət qurumuna müraciət edərək hüququnu tələb edə bilər.
Bu tələbin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin