Sumqayıtda hərəkətdə olan maşının təkəri çıxdı - Qadına xəsarət yetirdi

00:01 - 6 İyul 2021

Sumqayıtda hərəkətdə olan maşının təkəri çıxdı - Qadına xəsarət yetirdi

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib.Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin