Azərbaycanda kişi hamilə arvadını və 8 yaşlı qızını bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT

13:16 - 13 Fevral 2022

Azərbaycanda kişi hamilə arvadını və 8 yaşlı qızını  bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT

Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Manset.az report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Çinarlı qəsəbəsində 34 yaşlı Həsənov Elməddin Elimdar oğlu həyat yoldaşı, 27 yaşlı Həsənova Lalə Elman qızını və övladı, 8 yaşlı Qumru Elməddin qızı Həsənovanı bir neçə bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisə zamanı evdə onlarla birgə yaşayan və digər otaqda olan Elməddinin nənəsi, 1937-ci il təvəllüdlü Həsənova Qumru Həmid qızı da olub.

O, səs-küyə ailənin olduğu otağa keçmək istəyən zaman nəvəsinin əlində bıçaq görüb. Yaşlı qadın əsəbi nəvəsinin bıçaqla ona da xəsarət yetirməyə cəhd etdiyindən qorxaraq evdən bayıra qaçıb, qonşuları köməyə çağırıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənov daha sonra evdən qaçıb.

Əraziyə polis əməkdaşları cəlb olunub və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E Həsənov saxlanılıb.

Qətlə yetirilən qadın 2 aylıq hamilə olub. Belə ki, cütlüyün ilk övladlarından sonra 8 il övladları olmayıb. Müalicələrdən sonra onların yeni övladları olub və qadın artıq hamiləliyinin 2-ci ayında imiş.

Onların öncələr heç bir ciddi problemlərinin olmadığı, sakit ailə olduğu bildirilir. Lakin E.Həsənov bir müddətdir ki, Gəncə şəhərində yerləşən poliklinikaların birində çalışan həkimin yanına gedib, əsəb xəstəliyindən müalicə alırmış.

Özü kənd ərazisində işçi kimi müxtəlif yerlərdə çalışıb, yoldaşı isə evdar qadın olub.  Qızın valideyinləri kənd təsərrüfatı ilə məşul olur, oğlanın atası isə qəsəbədə taksi sürücüsüdür. Öncələr ümumi ailələr arasında da hər hansısa bir münaqişə yaşanmadığı bildirilir.

Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

10:48

Şəmkirdə kişi arvadını və azyaşlı övladını qətlə yetirib.

Manset.az xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Şəmkir Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Elməddin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin