Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
09:36 - 13 Fevral 2022
"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda qayıda bilərik".
Manset.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Fransada "Marsel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin oyunundan öncə UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi Marsel şəhərinin eyniadlı təmsilçisinin Çempionlar Liqasını qazandığını xatırladıb: "Onlar artıq bir dəfə bu titulu başları üzərinə qaldırıblar. Düzdür, çoxdan olub. Amma bu, "Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur".
O bildirib ki, Fransa klubuna qarşı oynamaq asan olmayacaq: "Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin