Rusiyalı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşdü

17:01 - 12 Fevral 2022

Rusiyalı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşdü

Rusiyalı xizəkçi Veronika Stepanova Qış Olimpiya Oyunlarının tarixinə düşüb.

Manşet.az xəbər verir ki, 21 yaşlı idmançı buna Rusiya komandasının tərkibində estafet yarışında qızıl medal qazanmaqla nail olub.

Stepanova bu növdə ən gənc yaşda olimpiya çempionu olan idmançı adına sahib çıxıb. O, 21 yaş 39-cu günündə uğura yiyələnib.

Xizəkçi 1998-ci ildəki olimpiadada 21 yaş 60 günündə qızıl medal qazanmış həmyerlisi Yuliya Çepalovanın rekordunu qırıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin