Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”

11:16 - 12 Fevral 2022

Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”

"Mənim səs tempim başqa müğənnilərdən fəqlənir, şirindir, yanıqlıdır, zərbəlidir, səsimin ahəngi var”.

 

Manset.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmlinin onun ünvanına işlətdiyi "Çox gözəl xanəndə olardı ondan. Bu gün ən öndəgedən xanəndələrin sırasında ola bilərdi" fikirlərinə münasibətində deyib. Müğənni deyir ki, Vasif Məhərrəmlidən qabaq ona bu tərifi mərhum xanəndə Ağaxan Abdullayev deyib:

"Mənim səsim əsl xanəndə səsidir. Rəhmətlik Ağaxan Abdullayev sağ idi, məclislərin birində məni gördü, dedi ki, "sənin əsl xanəndə, ah-naləli bir səsin var. Nə yaxşı xanəndə deyilsən? Tar, kamla ifa etmirsən?” Dedim ki, mən xanəndə deyil, müğənni olmaq istəyirəm. Bu mənim qanımdan irəli gəlir. Xanəndə çətin sənətdir. Yəni bunu mənə Vasif Məhərrəmlidən əvvəl Ağaxan Abdullayev deyib. Mənim bütün nəslim, köküm musiqiçidir”.

Manaf Ağayev bir neçə muğam oxuduğunu da vurğulayıb:

"Tarixdə qalmaq üçün tar, kamanla bir neçə muğam yazdıra bilərdim. Əslində bir-iki muğam oxumuşam. Tam dəsgah formasında deyil, hissə-hissə oxumuşam. Xanəndə olmaq üçün şirin səs lazımdır. Xanəndə var səsi qurudur, amma mənim səsim şirindir”. 

Xanəndə olmadığına görə peşiman deyil ki?

Manaf Ağayev əksinə, müğənni olduğu üçün fəxr etdiyini deyib:

"Xanəndələrə hörmətim var, hamısı böyük sənətkarlardır. Mən toya getmək istəmişəm, xanəndələr mənim qədər toya getmir”


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin