"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
10:54 - 12 Fevral 2022
Sərbəst güləş üzrə Azərbaycan millisi Rusiyanın Dağıstan respublikasında növbəti təlim-məşq toplanışını keçir.
Federasiyanın Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, yığma yanvarın 29-dan Mahaçqalada yerli komandayla birlikdə hazırlıqlarını davam etdirir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında komanda taktiki-texniki çalışmalara üstünlük verir.
Qeyd edək ki, milli fiziki hazırlıqları üzrə məşqləri yanvarda Olimpiya Güləş Mərkəzində keçib. Mahaçqala toplanışı fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, komanda bu ay 2 yarışda qüvvəsini sınayacaq. Yığma üzvlərinin bir qismi fevralın 17-dən 20-dək Bolqarıstanın Veliko Tarnovo şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçiriləcək ənənəvi turnirdə çıxış edəcək. Digər güləşçilər isə Türkiyəyə yollanacaq. Fevralın 24-dən 27-dək İstanbulda Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın adını daşıyan ilin ilk reytinq turniri baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin