İnsan beyni zamana səyahət edə bilir

21:54 - 5 İyul 2021

İnsan beyni zamana səyahət edə bilir

İnsan beyni zamana səyahət etməyə qadirdir.

Manset.az xəbər verir ki, Fransa və Niderlanddan olan alimlərin bu barədə elmi işləri "Journal of Neuroscience"də yayımlanıb.

 Tədqiqatçılar hesab edirlər ki, beynin xaricdən təsir edilə bilməyən daxili zaman axını var.

Bir qrup elm adamı nəzəriyyələrini sınamaq üçün, invaziv elektrod implantları tələb edən dərmana davamlı epilepsiya xəstələrinin beyinlərini araşdırıblar.

Təcrübə nəticəsində alimlər insan beyninin şüurumuzda zaman keçidi sayəsində meydana gələn epizodik hərəkətləri ölçdüyünü təsbit ediblər. Bunu insan beyninə xüsusi elektrodlar bağlayaraq müəyyən etmək mümkün olub.

Məlum olub ki, hansısa bir anda orqanda "müvəqqəti hüceyrələr" aktivləşib. Bu hüceyrələr hadisələrin ardıcıllığının daxili hissinə cavab verib.

Buradan belə bir nəticə çıxır ki, filmdə görməyə öyrəşdiyimizdən fərqli olsa da, bir insan "zamanda səyahətə" qadirdir. Və çox güman ki, kimsə artıq belə bir səfəri dəfələrlə həyata keçirməyi bacarıb.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin