Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
14:26 - 10 Fevral 2022
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində bəzi maliyyə pozuntuları aşkarlayıb.
Manset.az xəbər verir ki, Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı müəyyən olunub.
Habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub.
Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.
Nəzarət tədbirləri üzrə prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilib, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin